29 
Apr
2024
11:14
96
28
3495
Virtual karabakh

“BakıKART” artıq m10-da!

29 Apr, 2024
11:14
3495

“BakıKART” artıq m10-da!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

m10 elektron pulqabı “BakıKART” ilə əməkdaşlığa başladı. Bu yenilik vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR ilə ödəniş etmək mümkündür.

İstifadə qaydaları çox asandır. m10-da yaradılmış QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılmış QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ, beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.

Elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq. m10 varsa, pik saatlarda metrodakı ödəmə terminallarının qarşısındakı uzun növbələri gözləməyəcək, avtobuslarda nəqliyyat kartı balansının bitməsi problemini yaşamayacaqsınız.

Bu yenilik “BakıKART”ın vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutduğu hədəflərə uyğun gəlir. Habelə, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan verən mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə prosesinə də dəstək verir.

Əlavə məlumatlar m10-un “Facebook”, “Instagram”, “YouTube” kanallarında mövcuddur.

m10 elektron pulqabı “PashaPay” məhsuludur. Tətbiq istifadəçiləri alış-veriş zamanı QR ilə ödəniş edə, kommunal, mobil operator, DYP cərimə, kabel televiziyası, parklama, internet və sairə ödənişləri həyata keçirə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Reklam xəbərləri